Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və BP milli kadrlarların inkişafı sahəsində 2 sənəd imzaladılar

01/09/2014
3
BAXIŞ
Share on FacebookShare on Twitter

bp-socAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP- Azerbaijan şirkəti milli kadrların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib. Bu gün iki şirkət arasında müvafiq sənədlər imzalanıb.
SOCAR şirkətinin Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlığa dair saziş və SOCAR ilə BP şirkətləri arasında razılaşdırılmış məşğulluq və təyinat proseslərinə dair Anlaşma Memorandumu imzalanıb.
Birinci saziş çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığında yerləşən Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təlimi üzrə öhdəlikləri öz üzərinə götürür. BP həmin vətəndaşların birillik təhsil xərclərini Azərbaycandakı layihələr üzrə tərəfdaşları ilə birgə təmin edəcək.
İkinci sənəd BP-nin operatorluğu altında Azərbaycanda reallaşdırılan məhsulun pay bölgüsünə dair bütün sazişləri əhatə edir və işçilərin məşğulluğu sahəsində əməkdaşlıq üzrə ümumi bazadan ibarətdir. Anlaşma Memorandumu elan edilmiş və yerli işçilər üçün nəzərdə tutulan vakansiyalar üzrə kənardan namizədlərin BP şirkəti tərəfindən işə qəbulu məsələsində SOCAR və BP arasında əməkdaşlıq üçün imkan yaradır.
İmzalanma mərasimində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun bəyan edib kimi, bu sənədlər milli standartlara və tələblərə uyğun olaraq Azərbaycanın neft-qaz sənayesinə işçilərin hazırlanmasına ciddi töhfə verəcək.
Bu imzalanan sənədlər ona yol açır ki, artıq BP şirkəti xaricdən kadr dəvət edərkən hökmən SOCAR-ın kadr bazasından həmin ixtisas üzrə yerli mütəxəssislərin olub-olmaması ilə əlaqədar məlumat alacaq. Və yalnız müvafiq icazə alandan sonra həmin kadrı Azərbaycana dəvət edə biləcək. Əks təqdirdə Dövlət Miqrasiya Xidməti dəvət edilən xarici vətəndaşın Azərbaycanda əmək fəaliyyətinə başlamasına icazə verməyəcək və qanunvericilik tələblərinə uyğun olaraq ölkədən çıxarılmasını həyata keçirəcək. Bundan əlavə BP şirkəti, milliləşdirmə proqramına uyğun olaraq, dəvət etdiyi mütəxəssisin ixtisasına uyğun olaraq yerli kadrların da hazırlanmasını həyata keçirməli və bununla bağlı SOCAR-ı məlumatlandırmalıdır.
Qeyd edək ki, hazırda BP-də çalışan kadrların 76%-i yerli kadrlardır. 2018-ci ilə bu göstərici 90%-dən yuxarı olmalıdır.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.