Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR “Günəşli” yatağından sutkada 13,3 min ton neft hasil edir

27/09/2014
8
BAXIŞ
Share on FacebookShare on Twitter

c1SOCAR prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağındakı 4-cü özülə və Çilov adasına səfər ediblər.
Dövlət Neft Şirkətinin rəsmi saytında məlumat verilir ki, SOCAR prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə 4-cü özüldə yeni inşa edilmiş Qazlift kompressor stansiyasına baş çəkiblər.
Bildirilib ki, hazırda “Günəşli” yatağında fəaliyyətdə olan quyulardan sutkada 13300 ton neft hasil olunur və bu quyuların 80 faizi qazlift üsulu ilə istismar edilir.
Gələcəkdə qazlift üsulu ilə işləyəcək quyuların sayının və qazlift sisteminə tələb ediləcək gündəlik qaz sərfinin artacağı gözlənilir. Eyni zamanda, lay təzyiqinin azalması nəticəsində qazlift sistemində işləyən quyuların potensialının aşağı düşməsi ehtimalı nəzərə alınaraq, Qazlift kompressor stansiyasının tikintisi həyata keçirilib. c2
Stansiyanın istifadəyə verilməsi qazlift sisteminin daha stabil, eyni zamanda, quyuların yüksək təzyiqli və qurudulmuş işçi agentlə (qazla) təmin edilməsi məqsədi daşıyır ki, bu da mövcud sistemdə olan bir çox problemlərin aradan qaldırılmasına köməklik edəcək. Stansiya hazırda qazlift sistemini təmin edən və yüksək təzyiqə qarşı işləyən 7 qaz quyusunun yüksək təzyiqli nəql sisteminə çevriləcək ki, bunun da nəticəsində böyük həcmdə təbii qaz artımı əldə olunacaq.
“Günəşli” yatağında qazlift sistemini sutkalıq 3 milyon kubmetr 125 atmosfer təzyiqli qazla təmin edəcək Qazlift kompressor stansiyası 4 aqreqatdan (8 turbin və 12 kompressor) ibarətdir. Bunlardan da 1 aqreqat (2 turbin və 3 kompressor) ehtiyatda saxlanılacaq. Hər aqreqatın məhsuldarlığı sutkalıq 1 milyon kubmetr təşkil edir. 6 atmosfer təzyiqlə qəbul edilən qaz əvvəlcə 20 atmosferə, ikinci pillədə 45 atmosferə, üçüncü pillədə isə 125 atmosferə qədər sıxılacaq.
c3Yataqdakı 2, 3 və 4 saylı özüllərdə yerləşən separasiya sistemlərindən ayrılan sutkalıq ümumi həcmi 6,8 milyon kubmetrlik alçaqtəzyiqli qazlar yığılaraq stansiyaya yönəldiləcək.
Stansiyada, həmçinin yığılan səmt qazı yüksək təzyiqli qaza çevriləcək və havaya qazların atılması riski tamamilə aradan qaldırılacaq, artıq qalan qaz isə nəql sisteminə ötürüləcək. Beləliklə, dəniz şəraitində işləyən quyulardan maksimum qazın yığılaraq ölkənin enerji sisteminə verilməsi təmin olunacaq. “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından stansiyanın əhəmiyyətini vurğulayan R.Abdullayev görülən işlərdən razı qaldığını bildirib, obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirib.
Bundan sonra Çilov adasına gələn SOCAR prezidentinə “Neft Daşları”ndakı 48 saylı Qazturbinli elektrik stansiyasından adaya çəkilən 35 kV-luq kabel xətti və adada inşa edilmiş müasir tipli qapalı 35/6 kV-luq yarımstansiya barədə məlumat verilib.
Qeyd olunub ki, indiyədək Çilov adasını enerji ilə təmin edən Pirallahı-Damba arası hava xətti uzun müddət istismar edildiyindən, küləkli hava şəraitində və xüsusən, payız-qış mövsümündə qəza hallarının artmasına səbəb olur və adada elektrik enerjisinin təminatında fasilələr yaranırdı. Bu isə öz növbəsində, Çilov adasında yerləşən istehsalat obyektlərində, adaətrafı dəniz özüllərində iş ahənginin pozulmasına, texnoloji proseslərdə müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Yeni yarımstansiya bütün bu çətinlikləri aradan qaldıracaq, Çilov adasının enerji ilə təminatını “Bakıelektrikşəbəkə” sisteminə qoşulmadan həyata keçirməyə imkan yaradacaq.c4
Yarımstansiyanın həyətində yaradılmış bağçada ağac əkən R.Abdullayev Çilov adasında yerləşən istehsalat sahələrinin, yaşayış komplekslərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilməsi, bu enerjinin əldə edilməsi üçün çəkilən xərclərin azaldılması, yarımstansiyada aparılacaq əməliyyatların tam qapalı və təhlükəsiz şəkildə həyata keçirilməsi baxımından bu infrastrukturun böyük əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda neftçilərin istirahət parkının da açılışını yüksək qiymətləndirib. O, adanın sosial-iqtisadi inkişafı istiqamətində aparılan tədbirlərin təqdirəlayiq olduğunu bildirib.
SOCAR prezidenti Çilov adasının inkişafı üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.