İranın neft nazirinin müavini Həmid Reza Araki bildirib ki,növbəti 3 il ərzində İranda qaz hasilatı indiki 189 milyard kub metrdən 330 milyard kub metrə çatdırılacaq.
Onun sözlərinə görə,bunun üçün qaz nəql etmə sistemlərinə gündə 1 milyard kub metr qazın vurulmasını təmin etmək lazımdır. Bundan əlavə,bu dövrdə qaz təmizləmə zavodlarının sayı 13-dən 19-a,magistral qaz kəmərlərində kompressor stansiyalarının sayı isə 71-dən 90-a çatdırılmalıdır. Eyni zamanda magistral boru kəmərlərinin uzunluğunu 35 min km-dən 40 min km -ə çatdırmaq lazımdır.
Həmid Reza arakinin sözlərinə görə,növbəti 4 il ərzində bu layihələri həyata keçrimək üçün 62 milyard dollar sərmayə tələb olunur.