Sentyabrın 9-da İran ilə Rusiya arasında əməkdaşlığa dair 4 anlaşma memorandumu imzlanıb. Xüsusilə, neft və qaz, neft-kimya və sənaye sahələrində anlaşma memorandumu imzlanıb.
Memorandumlar İranın neft naziri Bidjan Namder Zanqane və Rusiyanın energetika naziri Aleksandr Novak İqtisadi və Ticari əməkdşlıq üzrə on birinci Rusiya-İran birgə komissiyasının iclasından sonra imzalanıb.
Zanqane Rusiya-İran ticarət dövriyyəsinin indiki həcmini tənqid edərək bildirib ki, hazırki 1.5 milyard dollarlıq ticarət dövriyyəsini on dəfə artırmaq mümkündür.
Əvvələr xəbər verilirdi ki,iki günlük müzakirələrdən sonra tərəflər arasında neft-kimya məhsullarının və kimya katalizatorlarının barteri barədə müqavilə imzalanacaq. Lakin Zanqane bu xəbəri təkzib edərək bildirib ki, tərəflər arasında barterə dair danışıqlar aparılmır.