Çərşənbə axşamı, İyun 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyənin əsəridir

04/09/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

ilham_al“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir”. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: “Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulub və bu möhkəm təməl üzərində bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını inşa edirik. Siyasi əlaqələr günü-gündən genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır”.

Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığın müxtəlif istiqamətləri, eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq və onun perspektivləri müzakirə edilib: “Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu olmuşdur. İki il bundan əvvəl biz əziz qardaşımla TANAP layihəsinə imza atanda təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bu gün bizim əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edir və artıq bizim qruplarımız işə başlamışdır. Əminəm ki, vaxtlı-vaxtında bu tarixi layihə icra ediləcək. Bundan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi, əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir, çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, birgə səylərlə, müştərək iradə ilə biz bu layihəni də uğurla icra edəcəyik”.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edilib: “Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir, çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada böyük həcmdə investisiyalar qoyulur. Azərbaycan investisiyaları yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə – təxminən 17-20 milyard dollar – qoyulacaq. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır”.

Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə “Şahdəniz” layihəsində öz payını artırıb, TANAP layihəsində böyük paya sahib olub: “Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır və eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir, bir faktordur və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətt ilə inkişaf edəcək. Əziz qardaşım, bir daha sizi ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram”.

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.