2014-cü ilin yanvar-avqustunda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzit neftin nəqli 3 milyon 823 min 67 ton təşkil edib. Bu barədə SOCAR-ın press-relizində məlumat verilir.
8 ay ərzində BTC ilə neftin nəqli 86.2% artıb.
BTC ilə tranzit neftin nəqlinin artmasına səbəb 2013-cü ilin noyabrından Qazaxıstan neftinin əlavə həcmlərinin tədarükü ilə bağlıdır. Hal-hazırda orta hesabla hər ay BTC ilə 500 min ton tranzit nefti nəql edilir.
*BTC ilə türkmən neftinin nəqli 2010-cu ilin iyulunda başlayıb. Ötən il nəql edilən türkmən neftinin həcmi 2.9 milyon ton təşkil edib.