Cənub Qaz Dəhlizinin açılması Bolqarıstana Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü mərkəzi olmağa imkan verəcək. Bu barədə Bolqarıstan prezidenti Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, bu hədəfləri reallaşdırmaq üçün Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə və Yunanıstanın qaz nəqli sistemlərinin birləşməsinə müvafiq investisiyaların qoyulmalıdır.
Əldə edilmiş müqavilələrə uyğun olaraq 2019-2020 ilə, Cənub qaz dəhlizi tamamlandıqdan sonra, Bolqarıstan Azərbaycandan 1 milyard kubmetrə qədər alternativ təbii qaz almağı planlaşdırır.