1 sentyabr 2014-cü il tarixinə olan məlumata əsasən Azərbaycan Respublikasının Dövlət Neft Fonduna Azəri-Çıraq-Günəşli yataqlarının işləməsindən $105 milyard 802 milyon vəsait daxil olub.
ARDNF-in məlumatına görə,1 yanvar-1 sentyabr 2014 tarixində AÇG layihəsi çərçivəsində fonda $10 milyard 770 milyon daxil olub.
Qeyd edək ki, 1 iyul 2014-cü il tarixinə ADNF-nun aktivlərinin həcmi $37 milyard 622.4 milyon təşkil edib.
Bu gün AÇG gəlirləri Neft Fonduna daxilolmaların 95% təşkil edir.
Qeyd edək ki, AÇG layihəsi çərçivəsində ilk gəlir neftini 1999-cu ilin dekabrında əldə etmişdi. 29 dekabr 1999-cu ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft fondunun yaradılıb ki, bu da hazırda dünyanın ən böyük suveren fondları sırasına daxildir.