İRNA agentliyi xəbər verir ki,BOEM (bərpa olunan enerji mənbələri) üzrə dövlət agentliyinin sədri Akim Bədəlov İranın energetika naziri müavini Huşaqom Falahatiyanla görüşü çərçivsində bildirib ki, Azərbaycan İranın bərpa olunun enerji sektoruna sərmayə yatırmaq niyyətindədir.
Bədəlovun sözlərinə görə, Azərbaycan tərəfi İranın geotermal və külək elektrik stansiyalarının işində,həmçinin Urmiya gölünün bərpasına sərmayə yatırmaq niyyətdindədir.
Falahatiyan, öz növbəsində, bildirib ki,İran və Azərbaycan üçün Urmiya və Xəzər gölünün cari vəziyyətinin böyük əhəmiyyət daşıdığını bildirib.
İranın energetika nazirinin müavini bildirib ki,İran öz qarşısına bərpa olunan enerjinin gücünü min meqavata çatdırmaq vəzifəsini qoyub.