ABŞ Cənub qaz dəhlizinə yeni ölkələrin qoşulmasında maraqlıdır. Bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoksteyn şənbə günü jurnalistlərə açıqlmasında bildirib.
“Biz istəyirik ki, buna [Cənub qaz dəhlizinə] mümkün qədər çox tərəfdaşlar qoşulsunlar. Amma qərar ABŞ-ın deyil. Ən azından, ABŞ Xəzər regionundan, Azərbaycandan, Avropaya qazın nəql edilməsi üzrə layihəni dəstəkləyir. Əgər başqa ölkələr qoşulacaqsa, bu konsorsiumun qərarı olacaq”, – Hoksteyn bildirdi.
O qeyd edib ki, İran və Türkmənistan kimi ölkələr bu layihədə iştirakda maraqlı ola bilərlər.
“İrana gəlincə, biz nüvə probleminin nizama salması üzrə danışıqlar prosesindəyik, və mən ümid edirəm ki, biz razılığa nail olacağıq. Və bu İran üçün bu cür layihələrə qapı aça bilər”, – Hoksteyn dedi.
Türkmənistandan Azərbaycana nəql edilə biləcək Transxəzər qaz kəmərinə gəlincə isə, əgər tərəflər layihəyə dəstəkdə ehtiyac duyarsa, ABŞ bunu edəcək, dövlət departamentinin nümayəndəsi bildirib.
“Əgər Transxəzər qaz kəməri üzrə əməkdaşlığa və başqa imkanların yaranmasına gətirəcək siyasi razılaşmaya gəlmək imkanı varsa, biz dəstəyi göstərəcəyik”, – Hoksteyn deyib.
Xoksteyn vurğulayib ki, Azərbaycan və ABŞ arasında yaxın strateji münasibətlər yaranıb.
“Belə münasibətlər Azərbaycanın müstəqilliyinin əldə edilməsi günündən mövcuddur, və mən güman edirəm ki, belə də davam edəcək. Tam razılığ əldə olunan sahələr də var, fikir ayrılıqları da var, amma bütün ailələrdə və dostların arasında bu cür olur. Biz strateji münasibətləri saxlamağa davam etmək niyyətindəyik. Və biz qarşılıqlı təsirin və əməkdaşlığın davamı üzrə birlikdə hərəkət edirik “, – dövlət departamentinin nümayəndəsi bildirib.
O qeyd edib ki, məmnuniyyətlə “əsrin Müqaviləsi”-nin imzalamasının 20-illik münasibəti ilə keçirilmiş tədbirdə və “Cənub qaz dəhlizi”-nin işə salmasında iştirak edib və vurğulayıb ki, hər iki layihə Azərbaycan və ABŞ arasında, həmçinin regionda Avropanın, dünya ictimaməyyətinin və milli təhlükəsizliyin energetika təhlükəsizliyinin təminatı üçün əməkdaşlıq üçün çox əhəmiyyətlidir.