“Naftogaz Ukrayna” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna və Slovakiya qaz nəqletmə sistemlərinin operatorları “Ukrtransqaz” və Eurostream 16 avqust tarixində Voyanı-Ujqorad qaz kəməri ilə qazın sınaq nəqlinə başlayıblar.
“Ukrtarnsqazın” mərkəzi nəzarət xidmətindən verilən operativ məlumata görə, Slovakiyadan Ukraynaya təbii qazın sınaq tədarükü gündə 2 milyon kub metr təşkil edib.
“Ukrtransqaz” və Eustream 2014-cü ilin 28 aprelində Slovakiyadan Ukraynaya təbii qazın revers tədarükünün təmin edilməsi barədə anlaşma memorandomu imzalayıblar.
2013-cü ildə Ukrayna Avropadan 2.132 milyard kub metr qaz idxal edib.