“Ukratransneft” şirkətinin Mərkəzi Avropa ölkələri üzrə nümayəndəsi Mikulaş Rokovski Bratislavada vəd verib ki, Ukrayna Rusiya qazının Avropaya tədarükünü kəsməyəcək.
Bratislavada rəsmi nümayəndə bildirib ki, bu cür məhdudiyyətlər üçün hazırlıqlar aparılmır. Rakovski bildirib ki,bu mövqeyi idarə heyətinin sədri Andrey Lazerkoda bölüşür.
Ukraynanın öz öhdəliklərini yerinə yetirməsində şübhələr bu ölkənin baş naziri Arseni Yatsenyukun Moskvanın Kiyevə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq tranzitin kəsilməsi bəyanatından sonra yaranıb.
Baş nazirin bəyanatı iki ölkə arasında iqtisadi mübahisələrin baş verdiyi şəraitdə baş verir.