İyulda SOCAR neft məhsullarının ixracını iyun ilə müqayisədə 1.8 dəfə artırıb.
SOCAR-ın məlumatında deyildiyi kimi,2014-cü ilin iyulunda neft məhsullarının ixracı 280,705 min ton təşkil edib.
İyulda 0,128 min ton avtomobil benzini,150,593 min ton dizel yanacağı,24,190 reaktiv yanacaq,105,794 vakkum qazoylu ixrac edilib.
SOCAR-ın məlumatında deyilir ki, “2014-cü ilin 7 ayında neft məhsullarının ixracı 844,304 min ton,həmçinin 686 ton benzin,528,229 dizel yanacağı,99,782 min ton reaktiv yanacaq,215,429 min ton vakum qazoylu və 178 ton mazut təşkil edib”.