Qazaxıstanın energetika naziri Uzakbay Karbalin bildirib ki, Rusiyadan Qazaxıstana tədarük edilmiş neft məhsullarının ödənilməsi üçün Rusiyaya neft tədarükü cari ilin avqust-sentyabrına planlaşdırılıb və həcmi 242 min ton təşkil edəcək.
“Rusiya tərəfi ilə bizm razılaşmamız var idi ki, 2012-13-cü illərdə bizim aldığımız neft məhsulları əvəzində onlara neft tədarük edəcəyik. Biz bu ay 60 min ton neftin tədarükünü, gələn ay isə 182 min ton neftin tədarükünü planlaşdırırıq”,- deyə Uzakbay Krabalin mətbuat konfransında deyib.
Xatirladaq ki, ötən ilin sonunda Qazaxıstan və Rusiya neft məhsulları əvəzində neftin tədarük edilməsi barədə müqavilənin müddətini bir il uzadıblar.