Pavlodar regioununda işgüzar səfərdə olan Nursultan Nazarbayev Pavlodar neft-kimya zavodunda həyata keçrilən böyük miqyaslı modernləşmə işləri ilə tanış olub.
Zavodun direktoru Danbay Şuxrat dövlət başçısına məruzə edib ki,”zavodun modernləşdirilməsindən sonra emal edilən neftin həcmi 7 milyon tona çatacaq. Istehsal edilən benzinin keyfiyyəti Avro-4 və 5 standartlarına cavab verəcək”.
Xatırladaq PNKZ 36 il əvvəl istismara verilib. Onun istehsal gücü ildə 6 milyonton xam neft təşkil edir. Burada avtomobil benzini TC-1 reaktiv müərriklər üçün yanacaq,dizel yanacağı,mazut,yol və inşaat bitumu və neft koksu istehsal edilir.