İrana dünya neft ehtiyatlarının 10%-nə sahibdir. Ölkənin neft ehtiyatların 70% quruda, qalanı isə Fars körfəzinin kontinental şelfində yerləşir.
2014-cü ilin yanvarında İranın neft ehtiyatları 157 milyard barel həcmində qiymətləndirilirdi. ABŞ-ın enerji məlumatı idarəsinin məlumatına görə, Xəzər dənizində sübut və ehtimal edilən neft ehtiyatlarının həcmi 500 milyon bareldir, ancaq onların kəşfiyyatı və işlənməsi Türkmənistan və Azərbaycan ilə mübahisə üzündən dayandırılıb.
İran dənizdə və quruda İraq,Küveyt və Səudiyyə Ərəbistanı ilə birgə mülkiyyətdə olan yatağlara sahibdir. Xəzər dənizində olan yatağların kəşfiyyatı isə hazırda dayandırılıb.