logo

Gürcüstan Azərbaycan qazının idxalını 17% artırıb

Views: 237

qaz negli

2014-cü ilin yanvar-iyununda Gürcüstan Azərabaycandan 151.06 milyon dollarlıq 734.27 min ton neft ekvivalentində təbii qaz idxal edib.

Bu barədə Qruzstat-ın (Gürcüstan Milli Statistika Xidməti) hesabatında bildirilir.

Hesabata görə, ilin əvvəlindən Gürcüstan Azərbaycandan 181.3 milyon dollar məbləğində təbii qaz idxal edib. Qaz tədarükünün qalan hissəsi Rusiya və digər mənbələrin payına  düşüb.

İllik baxımdan Gürcüstanın Azərbaycandan təbii qaz idxalı 21% artıb (kəmiyyət baxımından artım neft ekvivalenti  ilə 107,29 min ton təşkil edib ).

Müqayisə üçün qeyd edək ki, keçən ilin yanvar-iyununda Gürcüstan Azərbaycandan 124.82 milyon dollar məbləğində 629.95 min ton neft ekvivalentində təbii qaz idxal etmişdi.

Comments: 0