Çin Milli Neft Şirkəti (CNPC) Türkmənistanda tender hazırlayır. Tenderə ilkin qiymətləndirmə prosesini elan edir.
Tenderin predmeti “Bəxtiyarlıq” müqavilə sahəsində çevik nasos-kompressor borularına xidmət göstərilməsi ilə bağlıdır.
Tenderdə iştirak etməkdə maraqlı olan hər bir şirkət aşağıdakı məlumat və sənədləri təqdim etməlidirlər: şirkətin adı daxil olmaqla məlumat, qeydiyyatda olduğu ölkə, rekvizitlər və əlaqə nömrələri, şirkətin qeydiyyat sənədini və bank rekvizitlərini.