Kompleks Qazma İşləri Tresti tərəfindən “Çandahar-Zarat” yatağında 1830 nömrəli quyunun qazma işlərinə başlanılmışdır.
SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumata görə, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 3-4 ton neft hasil olunacağı nəzərdə tutulur.