Reuters agentliyi Bolqarıstan prezidenti Rosena Plevneliava istinadən məlumat yayıb ki, Bolqarıstan Avropa Komissiyasından “yaşıl işıq” almayana qədər Qara dəniz vasitəsilə Avropaya qaz tədarükünü nəzərdə tutan “Cənub axını” layihəsini dondurmaq fikrində deyil.
AK Rusiya ilə qaz kəmərinin inşası məsələsini ancaq o halda müzakirəyə etməyə hazırdır ki, Moskva hasilatçı şirkətlərə magistral boru kəmərlərinə malik olmağı qadağan edən üçüncü enerji paketinə münasibətini dəyişdirsin. Bu barədə iyulun ortalarında Avropa Komissiyasının enerji direktorluğunun rəhbəri Dominik Ristori bildirmişdi.