SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Görülmüş işlər nəticəsində təbii qazla təmin olunmuş çoxmərtəbəli binaların sayı artmışdır. 2014-cü ilin yanvar-iyul ayları ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 103 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10299 ailə yaşayir.