Çərşənbə axşamı, Oktyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

AB-nin Rusiya maliyyə sektoruna sanksiyaları Neft Fonduna ziyan gətirəcəkmi?

01/08/2014
6
BAXIŞ
Share on FacebookShare on Twitter

rus

Avqustun 1-dən etibarən Avropa Birliyinin Rusiyaya qarşı sektoral sanksiyaları qüvvəyə mindi. Nəticədə Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar sərtləşdirildi. Sanksiyalarla üzləşən banklardan biri də VTB idi, hansında ki, Rusiya hökumətinin payı 61% təşkil edir.

Ancaq bu bankın birbaşa Azərbaycanla ikitərəfli əlaqələri də var. Belə ki, VTB-nin həm Azərbaycanda filialı fəaliyyət göstərir, həm də Azərbaycan tərəfi onun səhmlərinə sahibdir.

Maliyyə məsələləri üzrə ekspert Samir Aliyev Caspian Barrel-ə da bildirib ki,

AB-nin Rusiyanın bank sektoruna tətbiq etdiyi sanksiyaların mənfi təzahürləri Azərbaycanda öz təsirini ilk növbədə Neft Fondunun timsalında hiss edəcək.

“Neft Fondu 2013-cü ilin mayında 500 milyon dollar investisiya müqabilində VTB bankın 2,95% səhmdarına çevrilmişdi. Baş verən hadisələr fonunda VTB bankının səhmlərinin ucuzlaşması və bununla da Neft Fondunun zərərə düşəcəyi istisna deyil”, – Əliyev belə qənaətdədir.

Daha sonra ekspert diqqəti ona yönəldir ki, digər zərbə Neft Fondunun aktivləri ilə bağlıdır. Belə ki, Fondun aktivlərində rus rublunun payı 1,3%-dir. Yəni 16,3 milyard rubl həcmində vəsait ehtiyatlara daxil edilib. Rubl isə son aylar kəskin ucuzlaşır. 2014-cü ildə valyuta rəsmi olaraq 9%-dən çox ucuzlaşıb. Sanksiyaların təsiri olaraq rublun ucuzlaşması davam edəcək. “Rusiylı maliyyə ekspertləri hesab edirlər ki, bir gədər sonra rublun dollara kursu hazırkı 35 vahiddən 38-dək yüksələcək, yəni rubl Amerika dollarına nisbətdə daha 9% uçuzlaşacaq. Deməli, faktiki olaraq Fondun 1 milyard dollar həcmində vəsaiti sanksiyaların təsiri nəticəsində dəyərini əhəmiyyətli dərəcədə itirmək təhlükəsi ilə üzləşib”, – deyə Əliyev bildirib.

Rusiyada investisiya mühitinin pisləşməsi güman ki, daşınmaz əmlak bazarına da zərbə vuracaq. Bu zərbə sözsüz ki, Fondun bir neçə il öncə Tverskaya, 16 ünvanında yerləşən və 133 milyon dollara aldığı biznes mərkəzindən də yan keçməyəcək.

Ancaq bununla belə Neft Fondunun mütəxəssisləri hesab edirlər ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müvəqqəti xarakter daşıyır və hələlik konkret müddətə tətbiq edilib və bəllidir ki, regionda yaranmış siyasi hadisələrin tərəflər arasında həlli tapılmadığından irəli atılan addımlardan doğub. Onların fikrincə, bu proses heç zaman uzun davam edə bilməz və gec-tez tərəflər arasında nizamlanacaq, təbii ki, onda sanksiyalara da ehtiyac qala bilməz. Bu baxımdan Fondda hesab edirlər ki, hazırkı hadisələr VTB bankın fəaliyyətinə həqiqətən müəyyən zaman çərçivəsində neqativ təsir edə bilər. “Ancaq bizim rus rubluna və VTB banka, o cümlədən Rusiyada daşınmaz əmlaka etdiyimiz investisiyalar uzunmüddətli xarakter daşıdığından, ümumilikdə hesab etmirik ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiyaların təsirindən Neft Fondu ziyan görsün”, deyə Fonddan Caspian Barrel-in sorğusunu cavablandırıblar.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.