2014-cü ilin birinci rübündə Türkmənistanın ümumi daxili məhsulu (ÜDM) fəal investitsiya fəaliyyəti nəticəsində 10.3% artıb. Bu barədə Avrasiya İnkişaf Bankının analitik hesabatında bildirilir.
AİB-nın hesabatında qeyd edilir ki,Türkmənistanda investitsiya fəaliyyəti dövlət layihələrinin həyata keçrilməsi çərçivəsində iqtisadiyyatın bütün sahələrində həyata keçrilir.
“Tikintidə artım 18.8%, kimya sənayesində 11%, yüngül sənayedə isə 18.3% artım qeydə alınıb.
Artan daxili təlabat nəticəsində pərakəndə ticarətin həcmi 18.7%-ə qədər yüksəlib”, – deyə hesabatda bildirilir.
BP şirkətinin cari ildəki hesabatında isə bildirilirdi ki, Türkmənistan dünyada təbii qaz ehtiyatlarına görə 4-cü yeri tutur.