2014-cü ilin yanvar-mayında Türkiyənin boru kəmərləri şirkəti BOTAŞ müxtəlif mənbələrdən 2013-cü ilin analoji dövrünün 15.54 milyard kub metrinə qarşı 17.22 milyard kubmetr qaz idxal edib. Bu barədə Botaş şirkətinin rəsmi saytında məlumat verilir.
Xatırladaq ki, 2013-cü ildə BOTAŞ müxtəlif mənbələrdən 38.42 milyard kub metr qaz idxal etmişdi.
Bundan əlavə cari ilin yanvar-mayında Botaş-ın ixrac əməliyyatlarının payına 258 milyon kub metr qaz düşüb. 2013-cü ildə bu göstərici 694 milyon kub metr təşkil etmişdi.
Məlumata görə, yanvar-mayda Türkiyənin daxili bazarında 17.82 milyard kub metr qaz satışı həyata keçrilib. Keçən ilin nəticələrinə görə isə bu göstərici 37.96 milyard kub metr təşkil etmişdi.