2014-cü ilin ikinci rübündə Norveçin Statoil şirkətinin xalis mənfəəti 12% azalaraq 9.9 milyard Morveç kronu (1.6 milyard ABŞ dolları) təşkil edib.
Ümumi gəlir 2% azalaraq 142.6 milyard Norveç kronu (23.1 milyard ABŞ dolları) olub.
Hesabat dövründə Statoil şirkətinin neft hasilatı 1.967 milyon bareldən 1.799 barelə qədər azalıb.
Bildirilir ki, Statoil ilin ikinci rübü üçün hər bir səhm üçün 1.8 Norveç kronu məbləğində (0.3 ABŞ dolları) dividendlər ödəyəcək.