Milliyət qəzeti SOCAR Turkey Enerji (SOCAR-ın Türkiyə bölməsi) şirkətinin prezidenti Kənan Yavuza istinadən bildirib ki,İzmirdə inşası davam etdirlən Star NEZ-in səhmdarları tərkibinə yeni iştriakçılar daxil ola bilər.
Onun sözlərinə görə, SOCAR Turkey Enerjinin tərafdaşları həm yerli həm də xarici şirkətlər ola bilər.
“Star” NEZ-də yeni tərəfdaşın payı 10-15% dən artıq olmayacaq” – deyə Yavuz qeyd edib.
Hazırda “STAR” NEZ-də işgüzar paylar aşağıdakı qaydada bölünüb: 60% pay “Rafineri Holding A.Ş.” şirkətinə (100% SOCAR Turkey Energy şirkətinə məxsusdur) və 40% SOCAR-a məxsusdur.