Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzinə fəhlə peşəsinə yiyələnmək üçün 240 ali təhsillidən yalnız 71-i növbəti mərhələyə keçə bildi

23/07/2014
17
BAXIŞ
Share on FacebookShare on Twitter

adsc_4690

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işlə təmin olunmaq Azərbaycan vətəndaşları arasında daim diqqət mərkəzində olub. Özü də vətəndaşları SOCAR-a cəlb edən artıq təklif edilən işlərin mühəndis-texniki heyətə və ya fəhlə kadrlara aid olması deyil. Bunu SOCAR-da başa çatan son müsabiqənin yekunlarından da görmək olar.

SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, SOCAR-ın Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) 2014-2015-ci tədris ili üzrə keçirilən şagird qəbulu başa çatmışdır. İyun ayında müsabiqənin 1-ci turunda KHTM və QRTM-ə 14 peşə ixtisası üzrə sənəd qəbulu keçirilmişdir.

Müsabiqədə iştirak etmək üçün 1357 nəfər, o cümlədən 240 ali təhsilli, 138 orta ixtisas təhsilli, 52 ilk peşə-ixtisas təhsilli, 906 tam orta təhsilli, 21 nəfər isə ümumi orta təhsilli şəxs müraciət etmişdir.

Bu il təşkil olunmuş müsabiqədə oğlanlarla (1238 nəfər) yanaşı 119 nəfər gənc qız da iştirak etmişdir. İyunun 28-də keçirilmiş test imtahanında 767 nəfər iştirak etmişdir. İmtahanın nəticələrinə görə seçdikləri peşələr üzrə yüksək bal toplamış 255 nəfər və Heydər Əliyev Fondunun təqdimatı ilə uşaq evlərindən göndərilən 13 nəfər (cəmi 268 nəfər) müsabiqənin 4-cü turuna buraxılmaq hüququ əldə etmişdir.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərdən 125 nəfəri Bakı şəhərində, 141 nəfəri Azərbaycan Respublikasının digər rayonlarında (44 rayon), 2 nəfər isə Naxçıvan Muxtar Respublikasında qeydiyyatdadırlar.

Qaliblərdən 71 nəfər ali təhsilli, 23 nəfər orta ixtisas təhsilli, 2 nəfəri ilk peşə-ixtisas təhsilli, 172 nəfər isə tam orta təhsillidir. Bu da bir daha SOCAR-ın təlim mərkəzlərinə qəbul olunmuş şagirdlərin yüksək bilik səviyyəsini nümayiş etdirir.

“SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu qaydaları”nın 3.3.4-cü bəndinə əsasən 4-cü turda iddiaçılardan tələb olunan sənədlərin əsli qəbul olunur və onların sağlamlığının müvafiq peşənin tələblərinə uyğunluğunu yoxlamaq üçün SOCAR tərəfindən müəyyən edilmiş tibb müəssisəsinə müayinəyə göndərilirlər. Tibb müəssisəsinin rəsmi rəyinə əsasən sağlamlığı qənaətbəxş hesab edilməyən iddiaçı müsabiqədən kənarlaşdırılır və onun yerinə imtahanda yüksək bal toplamış növbəti iddiaçı seçilir”, – deyə SOCAR-dan bildiriblər.

Qeyd edək ki, SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu ildə bir dəfə keçirilir. Qəbul haqqında ətraflı məlumat almaq üçün www.socar.az rəsmi internet saytına daxil olaraq Karyera panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olmaq lazımdır.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.