Gürcüstanın neft və qaz korporasiyasının yaydığı məlumata əsasən, “SOCAR Georgia Gas Distribution” (SOCAR-ın törəmə şirkəti) “Ninoçmin”da yatağından 2 milyon kub metr qaz alıb. Qaz satışı üzrə hərrac iyunun 7-də elan olunub.
Xəbərdə bildirilir ki, “GOGC” Ninoçminda yatağında hasil edilmiş qazın satışı üzrə hərrac keçirib.Qazın 1000 kub metrinin start qiyməti $300 təşkil edib”.
Xəbərdə bildirilir ki, hərracın qalibi 1000 kub metr qaz üçün $305 təşkil edən “SOCAR Georgia Gas Distribution” şirkəti olub. Şirkət ilə müqavilə yaxın zamanlarda imzalanacaq.