2014-cü ilin yanvar-iyun aylarında Dövlət Neft Şirkəti büdcəyə 968 milyon 309 min manat vəsait ödəyib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
SOCAR mətbuat xidmətinin verdiyi məlumata görə, iyun ayında SOCAR dövlət büdcəsinə 145 milyon 651 min manat ödəniş həyata keçirib.
SOCAR-ın 2014-cü ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 72 milyon 237 min manat təşkil edib. Ödənişlərdə azalma 6.8% təşkil edib. Azalmaya səbəb kimi isə şirkət daxilində struktur islahatlarının həyata keçrilməsi nəticəsində işçilərin sayının azalmasıdır.
2014-cü ili üçün SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 milyard 825 milyon manat məbləğində müəyyənləşdirilib.