Rumıniyanın energetika naziri Rezvan Nikolesku bildirib ki,yaxın zamanlarda Rumuniyada aşkar edilmiş neft və qaz yatağları barədə məlumat veriləcək.
Rumıniyalı məmurun sözlərinə görə aşkar edilmiş neft və qaz yatağlarının tapılması ölkənin təbii resursların kəşfiyyatı və təşviq siyasəti nəticəsində mümkün olmuşdur.
O, həmçinin 2014-2015-ci il qış mövsümündə ölkənin anbarlarında toplanmış qaz ehtiyatlarının həcmindən duyduğu məmuniyyəti dilə gətirib.
Hal-hazırda Rumıniya qaz ehtiyaclarını öz ehtiyatları hesabına ödəyə bilmir və ehtiyaclarının 22% dən 42% qədərini Rusiyadan idxal edir. 2009-cu ildə Qara dəniz şelfində aşkarlanmış potensial qaz ehtiyatları hasilat rentabelliyi araşdırılır.