“Rosneftdən” verilən məlumata görə,şirkət Qara dənizin rusiya sektorunda yerləşən Cənubi Qaradəniz sahəsində 3D seysmik kəşfiyyatına,qravimetrik və maqnetormik işlərə başlayıb.
3D seysmik kəşfiyyatın sahəsi 3 min km təşkil edəcək və işlər payıza qədər davam edəcək.İşə müasir elmi-tədqiqat gəmisi “Polar Markiz” cəlb edilib.
Araşdırmalar nəticəsində yer təkinin geoloji quruluşu haqqında məlumat alınacaq ki,bu da öz növbəsində geoloji riskləri minimuma endirəcək.
İşlər “Rosneft” şirkətinin törəmə müəssəsi olan “RN-Exploration” tərəfindən aparılır.
Cənubi Qaradəniz sahəsində karbohidrogenlərin kəşfiyyatı və istehsalı üçün lisenziyanı “Rosneft” 2010-cu ildə imzalanıb. Lisenziya sahəsinin uzunluğu 7 min km-dir.