BNews.kz. xəbər verir ki,Qərbi Qazaxıstan vilayətində Evro 5 ekoloji standartlarına cavab verən yüksək oktanlı benzin istehsal edəcək zavodun inşası həyata keçrilir.
“Kondensat” şirkətinin verdiyi məlumata görə,layihə ölkənin sənaye xəritəsinə daxil edilib və onun dəyəri 200 milyon ABŞ dollarıdır.
Zavodun infrastruktur layihəsi demək olar ki,başa çatıb və avadanlıqlar ABŞ-da sifariş verilib. Fərdi qovşaqlar və sütünlar iyul ayında gəlməyə başlayacaq.
“Kondensat” Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən yerli şirkətlərdən biridir.Son 3 il ərzində şirkət 30 milyard tengedən artıq kommersiya məhsulu istehsal edib. Bu göstəriciyə görə şirkət son 10 il ərzində ” National Business” jurnalı reytinqinə görə,şirkət son 10 il ərzində 100 ən böyük Qazaxıstan şirkəti arasınadadır.