Britaniyanın Max Petroleum şirkəti Jana Makat neft yatağını Makat neft terminalı ilə birləşdirən 10 km-lik neft kəmərinin tikintisini başa çatdırıb. Bu barəd Halyk Finance şirkətinin rəsmi saytında bildirilir.
Neft kəməri nefti Jana Makat mərkəzi emal qurğusundan birbaşa Qazaxıstanın boru kəmər sisteminə ötürmək imkanı verəcək.
Jana Makat,Borkıldaktı,Qərbi Sakiz və Şərqi Kızıljar yatağlarında hasil edilən nefti birbaşa son istifadəçilərə nəql edilə bilər.
Şirkət 2400 bns neft nəql etməyi planlaşdırır ki,bu da şirkətin hesablamalarına görə, nəqliyyat xərclərini hər barel üçün $4 və ya ildə $4,9 milyon azaltmağa imkan verəcək.