İranın milli neft şirkətinin direktoru Roknoddin Javadi bildirib ki, ölkənin neft sənayesi üçün avadanlıq istehsalına başlayacaq.
O, həmçinin əlavə edib ki, hazırda növbəti 3 il ərzində minumum 10 strateji məhsulun istehsalı üçün plan işlənib hazırlanıb.
Roknoddin Javadinin sözlərinə görə, bu qərar neft sənayesinin cari ehtiyaclarını ödəməyə deyil, gələcək üçün nəzərdə tutulmuş plandır.
İran Milli Neft Şirkətinin rəhbəri vurğulayıb ki, bu planın reallaşması üçün mövcüd imkanlar və ehtiyaclar əsasında plan tutulacaq, sonra isə kifayət qədər böyük elmi-texniki imkanlara malik olan müəssələrin axtarışına başlanacaq.