YEK Mərkəzi nəzarət idarəsinin materiallarında qeyd edilir ki, 2014-cü ilin birinci yarısında Rusiyada neft hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 0.9% artaraq 260.922 milyon ton təşkil edib.
İyunda neft hasilatı 0.1% artaraq 43,160 milyon ton olub.
Hesabat dövründə qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 1.1% azalaraq 332,035 milyard kub metr təşkil edib. İyunda qaz hasilatı 2.9% artaraq 46,436 milyard kub metr olub.