İlin birinci yarısında Qazaxıstanda benzin istehsalı 17.4% artıb. 2014-cü ilin yanvar-iyununda 1.486 milyon ton motor yanacağı (aviasiya benzini daxil olmaqla) istehsal edilib ki, bu da keçən ilin analoji göstəricisindən 17.4% çoxdur.
Hesabat dövründə Qazaxıstanda 2.377 milyon ton dizel yanacağı (azalma 10.2%),1.706 milyon ton mazut (azalma 14.3%) istehsal edilib.
Qazaxıstnada hazırda 3 neft emalı zavodu fəaliyyət göstərir : Pavlodar, Atırau və Şımkənt.