“Qazprom qazma” Halliburton şirkətinin Moskva ofisindən xəbərdarlıq məktubu alıb. Məktubda bildirilir ki, şirkət Rusiya müştəriləri ilə əlaqələrini dayandırır.
Bu ilk hadisədir ki, sanksiyalar üzündən Rusiya neft şirkətlərinə xarici texnologiyalara çıxış məhdudlaşır.
Əgər bu həftə Avropa Birliyi Rusiyaya qarşı texnoloji sanksiyalar tətbiq etsə, onda Rusiyada növbəti 3 il ərzində neft hasilatı ildə 26 milyon ton azala bilər.(illik istehsalın 5%).
Xarici tərəfdaşlar olmadan “çətin” yataqlarda neft hasilatını artırmaq Rusiya üçün mümkün deyil.
Qeyd edək ki, “Qazprom qazma” şirkətinin səhmlərinin 100%-i ABŞ maliyyə Nazirliyi tərfindən sanksiyalar siyahısına salınmış Arkadi Rotenberqə məxsusdur.
Bu qadağa birbaşa və ya dolayısı yolla Arkadi Rotenberqlə bağlı olan hüquqi şəxslərlə kommersiya əlaqlərini və sövdələşmələri qadağan edir.