Gürcüstanın Maliyyə Nazirliyi İrandan idxal edilmiş bitumu keyfiyyət normalarına cavab vermədiyi üçün geri qaytarıb.
9 iyulda Gürcüstanın “Vale” gömrük-buraxılış məntəqəsindən 65 811,69 dollar məbləğində 116 070 kiloqram bitum idxal edilib.
Gürcüstanın Maliyyə Nazirliyindən verilən məlumata əsasən, idxal edilmiş bitum nümunələri Məhkəmə Ekspertizası Milli Bürosuna göndərilib.
Araşdırmalara görə, Gürcüstana idxal edilmiş bitum idxalçı tərəfindən təqdim edilən keyfiyyət sertifikatında göstərilən tələblərə cavab verməyib.
Gürcüstan qanunvericiliyinə uyğun olaraq, 22 iyulda bitum İrana geri qaytarılıb.