2014-cü ilin I yarısında Azərbaycanda əmtəəlik qaz hasilatı 9 mlrd 124,5 kubmetr təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, 2013-cü ilin I yarısı ilə müqayisədə artım 2,9% olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə əmtəəlik qaz hasilatı 17,9 mlrd. kubmetr təşkil etmişdi ki, bu da 2012-ci ilin göstəricilərindən 700 milyon kub metr çox idi.