Avropa Komissiyasının energetika departamentinin müdiri Dominik Ristori bildirib ki, Avropa Birliyi ölkələri hər gün enerji idxalına 1 milyard avro xərcləyirlər.
“Biz istehlak edilən ümumi enerjinin 53% idxal edirik. Bu çoxdur, idxal edilən enerjinin çox hissəsi təbii qaza aiddir. Biz istehlak edilən təbii qazın üçdə ikisini idxal edirik. Xam neftdə bu göstərici 90% təşkil edir”, – deyə o bildirib.
Avropanın əsas qaz tədarükçülərindən biri “Qazprom”dur. Şirkət Avropada istehlak edilən “mavi yanacağ”ın üçdə birini təmin edir. AB nümayəndələri dəfələrlə bildiriblər ki, Rusiyadan enerji asıllığını zəiflətmək üçün tədarük mənbələrini şaxələndirmək istəyirlər.