Bloomberg agentliyi “Bank Of Amerika”nın hesabatına əsasən xəbər yayıb ki, 2014-cü ildə ABŞ neft hasilatına görə, dünyanın ən böyük neft hasilatçısı statusunda qalmaqda davam edəcək.
Bankın məlumatına görə, ABŞ-da xam neft və təbii qazdan ayrılan maye karbohidrogenlərin hasilatı gündə 11 milyon barel təşkil edəcək. Bununla belə, ABŞ gündə 7.5 milyon neft idxal etməkdə davam edir.
ABŞ artıq 2010-cü ildə dünyanın ən böyük qaz hasilatçısına çevrilmişdi, bu ilin iyununda isə Beynəlxal Enerji Agentliyi ABŞ-ı ilk dəfə neft hasilatına görə dünya lideri adlandırıb.
Bankın proqnozuna əsasən, 2019-cu ilə ABŞ-da neft hasilatı 13.1 milyona çatacaq. Proqnozlaşdırılır ki, ABŞ 2030-cu ilə qədər ən iri neft hasilatçısı olaraq qalacaq.
İndi ABŞ-da neft və qaz hasilatına 200 milyard sərmayə yatrılır.