Bütün nöqsanlarına və mümkün ekoloji təhlükələrinə baxmayaraq ABŞ-da şist inqilabı baş tutub. Neft hasilatı 28 illik maksimuma çatıb, qaz hasilatı isə rekordlar vurur.
Fakt №1
Dünyada qazma qurğularının 26%-i ABŞ-ın bir ştatı ərazisindədir. Onların hamısı Texas ştatındadır.
Fakt №2
ABŞ-da neft hasilatın 50%-i Texas və Şimali Dakota şatatlarının payına düşür. Hasilat Bakken, Eagle Ford və Perm hövzəsində aparılır.
Fakt №3
1111
Hasilat heç də Texas və Şimali Dakota ilə məhdudlaşmır.
Oklahama ştatında da enerji sektoru sürətli inkişaf edir. Hazırda bu ştat ABŞ-da qaz hasilatına görə 4-ci yerdə, neft hasilatına görə 5-ci yerdə, külək energetikasına görə isə 6-cı yerdədir.
Fakt №4
Proqnozlara əsasən, ABŞ-da ucuz təbii qaz onilliyin sonunda təbii qaza olan təlabatı 20% artıracaq, nəticədə sənaye müəssisələrinin sayı çoxalacaq.
Fakt №5
Yeni perspektiv yataq Texasda yerləşən “Cline Shale” ola bilər. Hesablamalara əsasən, “Cline Shale” 30 milyard barel neft ekvivalenti ehtiyatlara malikdir.
Fakt №6
Perm hövzəsinin yüksəlişi 6 formasiya hesabına mümkün olub. Nəticədə, hasilat gündə 1 milyon barelə qədər artıb.
Fakt №7
“Eagle Ford” yatağında gündəlik neft hasilatı 1.4 milyon bareli ötüb ki, bu da səmt qazı daxil olmaqla təbii qaz hasilatından çoxdur.
Fakt №8
Proqnozlara görə, ABŞ-ın payına dünya şist karbohdrogen ehtiyatlarının 15%-i düşür. ABŞ-ın çıxarıla bilən şist ehtiyatları 58 milyard barel qiymətləndirilir.
Fakt №9
Baxmayaraq ki, ABŞ şist neft hasilatına görə dünyada liderlik edir, Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, 2020-ci ilə qədər ABŞ-dan xaricdə çətin çıxarıla bilən ehtiyatlardan hasilat 650 min barelə çatacaq.