İraqın “Şəfəq” qəzetinin yazdığına görə, ölkənin cənubunda işləyən xarici neft şirkətləri ekstremistlərin hücumundan qorxaraq özlərinin xarici personalının bir hissəsini evakuasiya ediblər.
Qəzetə görə, neft şirkətləri ehtiyat edirlər ki, xarici mütəxəssislər İraqda hakimiyyəti ələ keçirməyə çalışan “İraq və Şam islam dövləti” təşkilatının hücümlarının əsas hədəfi ola bilərlər.
BP şirkətinin prezidenti Bob Dadli bildirib ki, ”İraqda təhlükə səviyyəsi artıb və hasilat ilə məşğul olmayan personal ölkədən çıxarılıb”.
Qərbi Kurna-1 yatağını istismar edən ExxonMobil şirkəti əcnəbi işçilərinin sayını azaldıb.
İraq KİV-nin verdiyi xəbərə görə,İraqda çalışan Rusiya şirkətləri öz işçilərinin saylarını azaltmaq fikrində deyillər,ancaq fövqəladə hal üçün evakuasiya planı hazırlayıblar.
Ekspertlər əmindirlər ki, xarici mütəxəssislərin ölkədən çıxarılması İraqda neft hasilatını azalmasına səbəb olmayacaq. Lakin pis ssenari halında ölkədə vətandaş müharibəsinin başlanması və ekstremistlərin hakimiyyəti tutmaları halında İraqda neft hasilatı iflic ola bilər.