
Ukrayna alternativ mənbələrdən,xüsusilə Xəzər hövzəsindən təbii qaz almaq ümidini itirmir. Bu barədə Reutersə “Ukrtransqazın” nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ukrayna qazı əvvəlcə Trans-Anadolu qaz kəməri (TANAP), daha sonra isə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə almağı planlaşdırır.
“Ukrtransqaz” nümayəndəsi qazın daha sonra Ukraynaya necə nəql ediləcəyi detallarını açıqlamayıb. Ancaq buna qədər rəsmi Kiyevin nümayəndələri Azərbaycan qazının Ukraynaya müxtəlif tədarük variantlarından danışırdılar. Bunlardab biri swap-tədarükdür. Qaz İtaliyaya tədarük edilir, oradan isə analoji həcm Ukraynaya revers yolu ilə nəql edilir.