Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR STAR NEZ-in tikintisi çərçivəsində kredit müqaviləsi imzaladı

06/06/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Socar_TurcasSOCAR Petkim yarımadasında həyata keçirməkdə olduğu 10 milyard dollar məbləğində STAR neft emalı zavodu üçün 3,29 milyard dollarlıq razılaşma imzalayıb. Trend-in məlumatına görə, bu, Türkiyə real sektor tarixinin ən böyük və ən uzunmüddətli layihə maliyyələşdirilməsi razılaşmasıdır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, elm, sənaye və texnologiya naziri Fikri İşıq, Azərbaycanın energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, SOCAR prezidenti Rövnəq Abdullayev, Petkim İdarə heyətinin sədri və SOCAR-nin beynəlxalq investisiyalarından məsul idarəçisi Vaqif Əliyev, maliyyə əməliyyatlarından məsul SOCAR vitse-prezidenti Süleyman Qasımov və “SOCAR Turkey”-in prezidenti Kənan Yavuzun iştirakı ilə 6 İyun 2014 tarixində Çırağan Sarayında reallaşdırılan imza mərasimi ilə Türkiyənin ən böyük sənaye investisiya olacaq STAR neft emalı zavodunun həyata keçirilməsində əhəmiyyətli bir addım daha atılmış oldu.

İmzalama mərasimində “SOCAR Turkey”-in prezidenti Kənan Yavuz bildirib ki, STAR neft emalı zavodu Türkiyə tarixində xüsusi sektor tərəfindən həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildən bu yana reallaşdırılan ən böyük real sektor layihəsidir: “SOCAR olaraq Türkiyə ictimaiyyətinə verdiyimiz sözləri bir-bir həyata keçiririk. Bu gün etibarilə reallaşdırdığımız 20 milyard dollarlıq sərmayə portfeli ilə ölkəmizin ən böyük birbaşa investoruyuq. İmzalamaqda olduğumuz layihə maliyyə paketi, ABŞ, Yaponiya, Koreya, İspaniya və İtaliya Eximbankları ilə dünyanın dörd bir yanından 16 ticarət və investisiya bankı və bir yerli bank olmaqla 23 banklı konsorsiumdan ibarətdir”.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev isə qeyd edib ki, Türkiyədə reallaşdırılan investisiyalar Azərbaycana böyük qürur verir: “Petkimin özəlləşdirilməsi ilə başlayan prosesdə bu günə qədər olan müddət ərzində inkişaf etdirdiyimiz və faaliyyətə keçirtdiyimiz layihə ilə “bir millət, iki dövlət” idealını həyata keçirmək baxımından böyük addımlar atırıq. Petkim yarımadasında Türkiyənin ilk Kimya Sənaye Parkı olan “Value-Site” layihəmiz çərçivəsində həyata keçirdiyimiz 10 milyard dollarlıq sərmayə portfeli və TANAP layihəsi ilə birlikdə çatdığımız 20 milyard dollar məbləğindəki investisiyalar ilə Türkiyənin ən böyük birbaşa sərmayəçisi olmaqdan böyük məmnunluq duyuruq”.

Onun sözlərinə görə, neft emalı layihəsi 2018-ci ildə istehsala başladığında Türkiyənin ikinci böyük sənaye şirkəti olacaq. R.Abdullayev qeyd edib ki, SOCAR-nin hədəfi 2023-cü ildə Türkiyənin ən böyük sənaye şirkəti mövqesinə yüksəlməkdir.

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.