Şənbə, Sentyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidenti Yaponiya nümayəndə heyətini qəbul edib

02/06/2014
8
BAXIŞ
Share on FacebookShare on Twitter

yaponİyunun 2-də SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycan-Yaponiya münasibətlərinin yüksək templə inkişaf etdiyini bildirmiş, Yaponiya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdə həyata keçirilən layihələrdə fəal iştirakını qeyd etmişdir. O, Yaponiya şirkətlərinin və ixrac-idxal bankının SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodunun inşası layihəsinə qoşulduğunu diqqətə çatdırmışdır. Azərbaycana ilk dəfə səfər etdiyini deyən Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minami Bakını müasir Avropa şəhərləri ilə müqayisə etmiş, paytaxtın inkişafına heyran qaldığını bildirmişdir. Qonaq respublikamızda həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında bu ilin fevralında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı ətraflı məlumat aldığını demişdir. O, Yaponiyanın IMPEX və ITOCHU şirkətlərinin Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçılarından olduğunu, yapon şirkətlərinin Bakı-Tbilisi-Ceyhan kəmərlərinin payçıları arasında da yer aldığını diqqətə çatdırmışdır. Hər iki layihə üzrə işlərin uğurla davam etdiyini söyləyən qonaq Yaponiya hökumətinin bu layihələrə böyük önəm verdiyini vurğulamış, yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. Ryo Minami Yaponiya hökumətinin SOCAR ilə əməkdaşlığın genişləndirilməsində də maraqlı olduğunu qeyd etmişdir. Ölkəmizdə həyata keçirilən enerji layihələri çərçivəsində Xəzər hövzəsində hasil olunan karbohidrogenlərin dünya bazarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən neft və qaz kəmərləri sisteminin yaradılması və uğurla fəaliyyət göstərməsi haqqında məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya şirkətlərinin bu layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirmiş, ARDNŞ ilə onlar arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs etmişdir. Görüşdə belə bir fikir vurğulanmışdır ki, Azərbaycanla Yaponiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə etibarlı zəmin yaradır.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.