SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
2600 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılıb. Quyunun sutkalıq debiti 30 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.