Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xarici İnvestorlar Şurası çərçivəsində “Shell” konserninin baş icraçı direktoru Ben van Bearden ilə görüşüb. Bu haqda Akorda mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı tərəflər ölkədəki əsas investisiya layihələrinin həyata keçirilməsi, neft və qaz sektorunun daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər”, – deyə Akordanın mətbuat üçün açıqlamasında bildirilir.
“Shell” beynəlxalq bir konserndir, müxtəlif enerji və neft-kimya şirkətlərini birləşdiri, o cümlədən Qazaxıstanın neft və qaz sənayesinin əsas investorlarından biri kimi çıxış edir.