MilliMəclis (Parlament) iyunun 20-dəplenariclasdaAzərbaycanRespublikası Hökumətivə İran İslamRespublikası HökumətiarasındaOrdubadvə Marazadsuelektrikstansiyalarınıntikintisivə istismarı haqqındasaziş”iratifikasiyaedib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Saziş 9 aprel 2014-cü il tarixində Tehranda imzalanıb və Azərbaycan ərazisində sərhədyanı Araz çayı üzərində Ordubad su elektrik stansiyası və İran ərazisində Marazad su elektrik stansiyasının tikintisini nəzərdə tutur.
SES-in tikintisi və istismarı məsələlərini (tədqiqat və layihələndirmə məsələləri də daxil olmaqla) birgə texniki komissiya tənzimləyəcək. Komissiyanın iclasları tikinti dövründə rübdə bir dəfə, tikinti işləri başa çatdıqdan sonra ildə bir dəfə keçiriləcək.