İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 1 iyundan Rusiyada bir ton neftə tətbiq edilən ixrac rüsumu $8.9 artaraq $385 təşkil edib. May ayında xam neftin ixrac rüsumu ton başına $376,1 idi.
Şərqi Sibir, Xəzər yatağlarında hasil edilən neft üçün güzəştli rüsümlar 1 iyundan bir ton üçün $189,2 təşkil edib. Yüksək qatılıqlı neftə tətbiq edilən rüsüm $38,5 olub.
Bəzi yüngül və tünd rəngli neft məhsullarının ixrac rüsumu bir ton üçün $254,1 təşkil edib.
Dizel yanacağına tətbiq edilən rüsum ton başına $250,2 təşkil edib. Benzinin ixrac rüsumu $346,5 qədər artıb. Mayeləşmiş qaz üçün isə rüsüm ton başına $86 olub.